Modern.az

Siqaret istehsal etmək istəyənlərin nəzərinə! - Ancaq yerli xammalla...

Siqaret istehsal etmək istəyənlərin nəzərinə! - Ancaq yerli xammalla...

Parlament

6 Aprel 2024, 10:53

Tütün məmulatının istehsalını həyata keçirən sahibkarlıq subyektlərini qeydiyyata alınması üçün qeydiyyat şərtləri müəyyənləşib.

 

Modern.az xəbər verir ki, bu barədə “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsində öz əksini tapıb.

 

Sözügedən şərtlər aşağıdakılardır:

 

Avadanlıqların alınmasına 34 (otuz dörd) milyon manatdan az olmayan məbləğdə investisiyanın qoyulması;

 

Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması, habelə barəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;

 

Vergi orqanlarında uçota alınmış təsərrüfat fəaliyyətinin həyata keçirildiyi obyektə dair mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin olması;

 

Tütün məmulatının istehsalı üçün istifadə olunacaq ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın, habelə cihaz, alət, ölçmə vasitələri və sınaq avadanlıqlarının “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uyğunluğun qiymətləndirilməsinə dair sənədlərin olması;

 

Keyfiyyət və təhlükəsizlik sınaqlarının aparılması üçün müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyası ilə (istehsalçının müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyası olmadığı təqdirdə) müqavilənin olması.

 

Bu Qanuna uyğun olaraq bütün məmulatının istehsalını həyata keçirən qeydiyyata alınmış sahibkarlıq subyektləri tütün məmulatının istehsalında yerli tütün xammalından (orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütündən) istifadə həcmlərinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə riayət etməlidirlər.

 

 

Qeydiyyata alınmadan tütün məmulatının istehsalı qadağandır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir