Modern.az

Alkoqollu içki istehsal edilən obyektlərdə nəzarət ölçü cihazları quraşdırılacaq

Alkoqollu içki istehsal edilən obyektlərdə nəzarət ölçü cihazları quraşdırılacaq

Parlament

6 Aprel 2024, 10:51

Alkoqollu içki növü olan arağın istehsalı fəaliyyətinin həyata keçirildiyi qida obyektində istehsal həcmini müəyyən edən nəzarət ölçü cihazları quraşdırılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsində qeyd olunub.

 

Layihəyə görə, alkoqollu içki növü olan arağın illik minimum istehsal həcminin 100 min dekalitr  olması planlaşdırılır.


Alkoqollu içki növü olan arağın istehsalında xammal qismində istifadə olunan spirtin alışını qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməsi (spirtin özü tərəfindən istehsal olunduğu hallar istisna olmaqla).


Qeyd edək ki, Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun     24.1-2.1-ci maddəsində alkoqollu içki növü olan arağın illik minimum istehsal həcmi ilə bağlı nəzərdə tutulan tələb 2032-ci il yanvarın 1-dən tətbiq ediləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir