18 saylı Nəsimi-Nizami Seçki Dairəsinin hazırki deputatı Cəmil Həsənli namizədliyini yenidən həmin dairədən verəcək. Bu barədə Modern.az saytına deputatın özü məlumat verib. O qeyd edib ki, artıq seçkilərin rəsmi startına təxminən bir həftə qalıb: “Bu müddət ərzində deputat olmaq istəyənlər fikirlərini qətiləşdirmiş olarlar. Bu mənada mən də fikrimi qətiləşdirmişəm. İndi təmsil olunduğum darədən müstəqil şəxs kimi namizədliyimi irəli sürəcəm”.
Modern.az