Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə maliyyələşdirdiyi layihələrin həyata keçirilməsinin effektivliyinin artırılması üçün layihə rəhbərləri və mühasibləri üçün layihələrin idarə olunması və hesabatların təqdim edilməsi mövzularında təlimlərə başlayır. Ayrı-ayrılıqda müxtəlif istiqamətləri əhatə edən təlimlər gün ərzində Şuranın ofisində iki növbədə, aşağıdakı ardıcıllıqla keçiləcək.
Səhiyyə məsələləri və ətraf mühitin mühafizəsinə dair təşəbbüslər – 13 aprel 2011-ci il.
Sosial məsələlərə dair təşəbbüslər - 15 aprel 2011-ci il.
Təhsil məsələlərinə dair təşəbbüslər – 19 aprel 2011-ci il.
Azərbaycanın ərazi bütövlüyünün bərpası və erməni təcavüzündən zərər çəkənlərin hüquqlarının beynəlxalq səviyyədə qorunması istiqamətində təşəbbüslər – 21 aprel 2011-ci il.
Sosial məsələlərə dair təşəbbüslər – 22 aprel 2011-ci il.
Mədəniyyətə dair təşəbbüslər, insan hüquqları və demokratiya – 25 aprel 2011-ci il.
Region QHT-lərinin təşəbbüslərinin dəstəklənməsi – təlimlər müxtəlif tarixlərdə Quba, Şirvan, Qəbələ, Gəncə, Mingəçevir şəhərlərində keçiriləcək.
Layihə rəhbərləri və mühasibləri təlimlərə Şura Katibliyinin əməkdaşları tərəfindən qrafik üzrə dəvət olunur.
Modern.az