Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində koronavirusa yoluxanların sayı 100 nəfəri keçib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yeni 6 yoluxma halından 5-i Xankəndində, 1-i isə Getavan kəndində qeydə alınıb. Qarabağda koronavirusa yoluxanların ümumi sayı 103 nəfər olub. Onlardan sağalanların sayı 65-ə çatıb.
Koronavirus işğal altındakı Laçın, Kəlbəcər, Xankəndi, Xocavənd rayonlarında qeydə alınıb.