Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyətinin sosial tərəfdaşlıq proqramı çərçivəsində elan etdiyi birgə maliyyə yardımı müsabiqəsinin nəticələri açıqlandı.
Şuradan Modern.az-a verilən məlumata görə, müsabiqənin ümumi maliyyə fondu 80 000 manat nəzərdə tutulsa da, daxil olmuş QHT layihələrin çoxluğunu nəzərə alaraq, Şura digər layihələrin maliyyələşməsi üçün əlavə olaraq 80 000 manat vəsaitin ayrılması haqqında qərar qəbul edib.
№ | QHT-nin adı | Rəhbəri | Layihənin adı | Məbləği |
1 | “Qadın və tərəqqi” İctimai Birliyi | Abbasova Lalə Gülbaba qızı | Ətraf mühitin mühafizısinə həsr olunmuş reklam lövhələrinin, video çarxların hazırlanması və bu istiqamətdə ictimai kampaniyaların təşkili. | 5 000 |
2 | İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi | Becanov Rəfail Zəkəriyyə oğlu | Vətəndaş cəmiyyətinin ictimaiyyətlə əlaqələrinin gücləndirilməsi və bacarıqlı kadrların hazırlanmasına yardım | 4 000 |
3 | Azərbaycan Respublikas "Səhhət" İctimai Fondu | Həsənov Taryel Humay oğlu | Vərəm xəstəliyinin yayılması ilə əlaqədar əhali arasında sanitariya maarifinin təşkili | 6 000 |
4 | "Ekomed" İctimai Birliyi | Rzayev Namiq Müzəffər oğlu | "Həyat gözəldir, özunü qoru!" Gənclər üçün tibbi maarifləndirmə proqramı | 4 450 |
5 | "Göyçə gölü" Qadınlar Cəmiyyəti | İsmayılova Zeynəb Əliəşrəf qızı | Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin təsviri sənətkarlıq qabiliyyətlərinin inkişaf etdirilməsi | 3 000 |
6 | Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi | Əliyev İlham Yaylağalı oğlu | İnfeksion xəstəliklərlə mübarizədə əhalinin sanitar-gigiyenik maarifləndirilməsi | 4 000 |
7 | Qafqaz Media İctimai Birliyi | Hüseynova Azədə Abbas qızı | QHT-lər üçün PR menecerlərin hazırlanması üzrə təlimlərin təşkili | 5 500 |
8 | Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi | Kazımov Xalid Vahid oğlu | Müharibədən zərər çəkmiş ailələr üçün ödənişsiz kompyuter kurslarının təşkili | 4 000 |
9 | “Sorge” Qayğı Xeyriyyə Cəmiyyəti | Dadaşova Tamara Süleyman qızı | Azərbaycanda səhiyyə maarifçiliyi və uşaq sağlamlığı | 4 000 |
10 | Sosial İslahatlara Dəstək İctimai Birliyi | Qafarov İnşallah İxtiyar oğlu | Fiziki cəhətdən qüsurlu olan yuxarı sinif şagirdlərinin peşə oriyentasiyası və peşə seçiminə dəstək | 5 000 |
11 | Davamlı İnkişaf Təşəbbüsləri İctimai Birliyi | Quliyeva Aysel Musa qızı | Gənclərin xaricdə təhsil almasına və intellektual inkişafına yardım | 6 000 |
12 | Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək İB | Həsənov Məmmədhəsən Murad oğlu | Mina partlayışından zərər çəkmiş şəxslərin sosial vəziyyətinin monitorinqi və onların cəmiyyətə inteqrasiyasına kömək | 4 000 |
13 | Qadınlar Arasında Həmrəylik İctimai Birliyi | Hüseynova Ruhəngiz Bəşir qızı | Məcburi köçkün qadın və uşaqların kompakt yaşadıqları ərazilərdə yoluxucu xəstəliklərin profilaktikası ilə bağlı təkliflərin hazırlanması | 4 500 |
14 | “Könüllülər” Kitabxana İctimai Birliyi. | Eyvazov Niyaz Bayram oğlu | “İctimai sağlamlıq” Qaradağ rayonunda yaşayan əhalinin infeksion xəstəliklərlə bağlı maarifləndirilməsi | 4 500 |
15 | İşgəncələrə Qarşı Azərbyacan Komitəsi | Elçin Behbudov | Yol polisi - sürücü münasibətlərinin tədqiqi və Dövlət Yol Polisi əməkdaşlarına insan hüquqları mövzusunda təlimlərin keçirilməsi | 5 000 |
16 | Demokratik İnkişaf Platforması | Quliyev Əli Əhməd oğlu | İctimaiyyətlə əlaqələr (PR) üzrə QHT kadrlarının hazırlanması üçün təkmilləşdirmə kurslarının təşkili | 5 000 |
17 | “Jurmalistlər Ekstremal Şəraitdə”İctimai Birliyi | Əsədullayeva Firuzə Bəyməmməd qızı | QHT- lərin ictmaiyyətlə əlaqələrinin gücləndirilməsi üçün kadrların hazırlanmasına yardım | 6 000 |
18 | Həkimlər və Təbib Tələbələr İctimai Birliyi | Yaqublu Vüqar Şəmistan oğlu | Gənclər arasında virus hepatitləri haqqında biliklərin artırılması | 5 000 |
19 | “Sağlam düşüncə” Gənclər Təşkilatı | Əliyev Ramiz Təvəkkül oğlu | “Sən də QİÇS-ə yox de!” kampaniyasında müxtəlif aksiyaların keçirilməsi | 3 500 |
20 | “Skalper” Xəstələrə Yardım İctimai Birliyi | Əsgərov Səlim Kərim oğlu | Yoluxucu xəstəliklərə dair ictimai monitorinq (sosioloji sorğu və təhlil), bu sahədə profilaktik maarifçilik və təşəbbüslər | 3 500 |
21 | Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı | Səfərova Gülsel İbrahim qızı | Avrointeqrasiya prosesində KİV-in rolu | 6 000 |
22 | "Ümidli gələcək" Gənclər Təşkilatı | Seyidov Nabil Zabil oğlu | Qanunla münaqişədə olan usaq və gənclərin psixo-sosial reabilitasiya mərkəzinə cəlb olunmuş uşaqlar üçün yay düşərgəsinin təşkili | 5 000 |
23 | Bərabər İmkanlar Mərkəzi İctimai Birliyi | Təmrazov Rafiq Qafar oğlu | Bakıda neftlə çirklənmiş və ona yaxın ərazilərdə monitorinqlərin keçirilməsi və burada yaşayan insanlarla maarifləndirmə işlərinin keçirilməsi. | 4 000 |
24 | Əmlak Bazrı İştirakçıları İctimai Birliyi | Əsədov Elman Səlim oğlu | Daşınmaz əmlak komplekslərinin, şəhər və kənd infrastrukturlarının əlillərin fiziki və iqtisadi tələblərinə uyğunluğunun öyrənilməsi, problemlərin müəyyən olunması və həlli üçün təkliflərin hazırlanması | 5 000 |
25 | Əhalinin Sağlamlığına Kömək İctimai Birliyi | Feziyeva Rəna Əli qızı | Vərəm xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə qaçqın və məcburi köçkünlər arasında sanitar maarifinin təşkili | 5 850 |
26 | İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctiami Birliyi | Qasımov Anar Elman oğlu | Sumqayıt şəhərində və ətraf qəsəbələrdə məskunlaşan qaçqın və məcburi köçkünlərin, müharibə əlillərinin hüquqlarının və qanuni maraqlarının səmərəli müdafiəsinin təşkili | 4 250 |
27 | “Ümid” Beynəlxalq Mədəni Əməkdaşlıq Mərkəzi İctimai Birliyi | Ağayev Hikmət Muxtar oğlu | Regionda qeyri-hökumət təşkilatlarının ictimaiyyətlə əlaqələrinin dəstəklənməsi ilə vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi | 4 500 |
28 | Marketinq Mütəxəssisləri Birliyi (Azərbaycan Marketinq Cəmiyyəti) | Rəhim Hüseyn oğlu Hüseynov | QHT-lər üçün ictimaiyyətlə əlaqələrin qurulması sahəsində peşəkar kadrların hazırlanması məqsədilə “Marketinq-A” Niderland Marketinq İnstitutu (NİMA) tərəfindən icra olunan sertifikatlaşdırılmış proqramda iştirak | 5 500 |
29 | Sosial Təşəbbüslər Mərkəzi İctimai Birliyi | Heydərov Nurəddin Əhməd oğlu | Bələdiyyə İnformasiya Mərkəzi -bələdiyyələrin sosial şəbəkəsi rolunda | 5 000 |
30 | Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası | Yusifova Sevil Şərif qızı | Cəmiyyətdə müsbət imic qazanmağın sirləri | 4 000 |
31 | Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım İctimai Birliyi | İmanov Rüfət Rufulla oğlu | Kür çayının daşqınına məruz qalmış ərazilərdə yoluxucu xəstəliklərlə mübarizə məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi | 5 500 |
32 | Gənclər üçün Təhsil Mərkəzi | Axundov Elnur Babək oğlu | Sosial problemlərin həllində könüllü fəaliyyətin inkişafı | 6950 |
33 | Jurnalistika və İnkişaf Mərkəsi | Muradov Elməddin Nadir oğlu | Sosial ehtiyacı olan təbəqələrə hüquqi yardımın göstərilməsi | 6500 |