Modern.az

Erməni plagiatlığından bəhs edən yeni sayt yaradılıb

Erməni plagiatlığından bəhs edən yeni sayt yaradılıb

Qarabağ

11 Avqust 2010, 15:38

Azərbaycanın mədəni irsi ilə bağlı erməni plagiatlığından bəhs edən Azərbaycan, rus və ingilis dillərində internet saytı yaradılıb.
Sözügedən internet resursu “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyinin həyata keçirdiyi erməni piratçılığının ifşasına dair layihə çərçivəsində yaradılıb.
“Əqli Mülkiyyətçilərə Kömək” İB-nin məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılan saytda ermənilərin müxtəlif istiqamətlərdəki plagiatlıq ənənələrindən bəhs olunan materiallar, nəşrlər yerləşdirilib.

İnternet resursundan məşhur erməni tarixçiləri, alimləri, yazıçıları, tənqidçilərinin Azərbaycan xalqının əqli mülkiyyətinin mənimsənilməsinə dair ayrı-ayrı mənbələrdəki etirafları ilə də tanış olmaq olar.

Avqustun 12-də saat 12.00-da Atatürk Mərkəzində saytın təqdimat mərasimi keçiriləcək. Tədbirdə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin, Mədəniyyət və Turizm Nazirliyi Milli Kulinariya Mərkəzinin nümayəndələri, millət vəkilləri də iştirak edəcəklər.
Bütün KİV nümayəndələri mərasimə dəvət olunurlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var