Modern.az

Mayk Tayson Azərbaycana gələcək

Mayk Tayson Azərbaycana gələcək

Актуально

23 İyul 2018, 22:19

“Godzilla” promoşn qrupunun dəvətiylə Azərbaycana gələn UFC-nin canlı əfsanəsi, məşhur döyüşçü, adı turnirin fəxri zalına həkk olunan Roys Greysi mətbuat konfransı keçirib. Modern.az yerli mediaya istinadən xəbər verir ki, Azərbaycanda idmana dövlət səviyyəsində diqqətin olmasından xəbərdar olduğunu deyən braziliyalı idmançı gələcəkdə Bakıda öz akademiyasının nümayəndəliyini açmaq barədə düşündüyünü deyib.

 

Medianın suallarına cavab verən “Godzilla” promoşn qrupunun rəhbəri Emil Əmiraslanov Roys Qreysinin səfəriylə bağlı danışıqların iki ay davam etdiyini vurğulayıb: “Onun Braziliyada Ciu-citsu üzrə akademiyası fəaliyyət göstərir. Biz hazırda Bakıda həmin akademiyanın filialını açmaq barədə müzakirələr aparırıq. Üstəlik Roysun dəstəyilə “Belator” yarışını ölkəmizə gətirmək istəyirik. Nüfuzlu yarışın bir mərhələsinin Bakıda keçirilmə ehtimalı var”.

 

Emil Əmiraslanov payızda Bakıya daha bir məşhur idmançının gələcəyini açıqlayıb. Danışıqlar müsbət yekunlaşacağı halda peşəkar boksçu WBF, WBC və İBF versiyaları üzrə çempion Mayk Tayson iki günlük səfərlə Azərbaycana gələcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı