Modern.az

Oğrular qatarın hərəkət qrafikini pozdular

Oğrular qatarın hərəkət qrafikini pozdular

Aktual

24 İyul 2018, 12:09

Belçikada mis kabelin oğruluğuna görə elektrik qatarlarının hərəkət qrafiki pozulub.

 

Modern.az xəbər verir ki, bu barədə Infrabel operator şirkəti öz Twitter hesabında bildirib.

Hadisə həftənin çərşənbə axşamı Brüssel-Namyur dəmir yolunda bir neçə yüz metr mis kabelin oğurlanması nəticəsində baş verib.

 

Nəticədə bu yolda fəaliyyət göstərən qatarlar yarım saat gecikmə ilə hərəkət edirlər.

Şirkət bu cür insidentlərlə əlaqədar dəmir yolu boyunca çəkilmiş mis kabelləri 2016-cı ildən alüminiumla əvəz etməyə başlayıb.

 

Qeyd edək ki, Qərbi Avropa ölkələrində son zamanlar dəmir yolları boyunca çəkilmiş mis kabellərin oğurlanması faktları genişlənib. Nəticədə sərnişinlərin dəmir yolları vasitəsi ilə hərəkətləri təhlükə altına düşür. İnsanlar bu kabelləri əlvan metalların qəbuluna pul müqabilində vermək üçün oğurlayırlar.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı