Modern.az

Astarada özgəsinin pulunu ələ keçirən saxlanıldı

Astarada özgəsinin pulunu ələ keçirən saxlanıldı

Aktual

27 İyul 2018, 18:51

Astara Rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri ilə özgəsinə məxsus yaşayış evinə daxil olaraq quldurluq yolu ilə ev sahibinin pulunu ələ keçirən şəxs saxlanılıb.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Astara rayonunun Şahağacı kənd sakini olan bir qadın DİN-in "102 xidməti-zəng mərkəzi"nə müraciət edərək iyulun 27-də gecə saatlarında üzünə maska geyinmiş naməlum şəxsin onun yaşadığı evə pəncərədən daxil olaraq əlindəki bıçaq və mişarla hədələyib 5000 rus rublu və 2000 manat pulunu ələ keçirdiyini bildirib.

RPŞ əməkdaşlarının "isti izlərlə" keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Aparılan araşdırmalarla həmin şəxsin Astara rayonunun Şahağacı kənd sakini Rövşən Abdullayev olduğu müəyyən edilib və saxlanıldıqdan sonra cinayət hadisəsi zamanı istifadə etdiyi əlcək, maska və quldurluq yolu ilə əldə etdiyi 5000 rus rublu maddi sübut kimi götürülüb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı