Modern.az

Vulkan püskürməsində ölənlərin sayı 159-a çatdı

Vulkan püskürməsində ölənlərin sayı 159-a çatdı

Aktual

28 İyul 2018, 16:18

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı artıb.

 

Modern.az yerli EFE agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 159-a çatıb.

Bundan əvvəl Milli məhkəmə ekspertizası institutu daha 300-dən çox insanın itkin düşdüyünü bildirib.

 

Qeyd edək ki, Qvatemalada Fueqo vulkanı iyunun 3-də püskürüb. 16,6 milyon nəfərlik əhalisi olan ölkənin faciədən 1,7 milyon nəfər vətəndaşı zərər çəkib.

 

Əvəz ZEYNALOV

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı