Bu gün dənizdə batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas olunub. Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşmiş 11 nəfər xilas olunub.