Misirin Port Said şəhərində tikiş fabrikinin əməkdaşlarını daşıyan avtobusla yük maşınının toqquşması nəticəsində azı 10 nəfər həlak olub, 17 nəfər yaralanıb.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisəyə səbəb hər iki sürücünün sürət həddini aşması olub.