Modern.az

Allahverdi Bağırovun qəbirdaşı ermənilər tərəfindən dağıdılıb - FOTO+VİDEO

Allahverdi Bağırovun qəbirdaşı ermənilər tərəfindən dağıdılıb - FOTO+VİDEO

Aktual

29 İyul 2018, 21:53

"Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov şəhid olduğu yerdə qoyulmuş qəbirdaşı ermənilər tərəfindən dağıdılıb".

Modern.az xəbər verir ki, bunu ermənişünas İsmayıl Tanrıverdi özünün "Feysbuk" səhifəsində yazıb.

 

O bildirib ki, sözügedən abidə-qəbir daşı Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu yerdə keçmiş erməni dostları tərəfindən hələ 1994-cü ildən qoyulub. Bu il Ağdamın işğal günlərində abidə yenilənib və hətta yanına gül-çiçək qoyulub.


Lakin erməni hərbi operator Arşak Zakaryan 2 gün öncə bunu aşkar edəndə şoka düşüb və ictimaiyyətə məlumat verib.

 

Daha sonra Xankəndindən gələn bir qrup erməni qəbir daşını şəhərin mərkəzinə aparıb və param-parça ediblər.

 

İsmayıl Tanrıverdi ermənilərin daha sonra vaxtilə qəbirdaşını qoymuş və bu günlərdə bərpa etdirmiş Razmik Petrosyanın axtarışlarına çıxdığını qeyd edib:

 

“Razmik də açıq-aşkar xalqa müraciət edərək bildirib ki, "düzdür, o abidəni mən dostlarımla birlikdə düzəltmişik. Biz Allahverdi ilə gənclik dostu olmuşuq. Hətta birlikdə futbol komandasında oynamışıq. Lakin müharibə başlayarkən biz məcburən bir-birimizə qarşı barrikadalarda dayanmalı olduq. (Eyni ilə C. Cabbarlının "1905-ci ildə" əsərindəki kimi...) Sonra yenə də görüşüb əsirlərin dəyişdirilməsində və s. iştirak edirdik".

 
Qəbir daşının üzərinə kiril qrafikalı hərflərlə yazılıb:
 

"АЛАВЕРДИ

ТЕЙМУР ОГЛЫ

БАГИРОВ

1946 - 1992

произв. гожа Гартал

он был настоящим другом

от Размика Петросяна

и ДРУЗЕЙ”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı