Modern.az

Zara Bakıda - erməni müğənni: “Bakı möhtəşəmdir” - FOTO

Zara Bakıda - erməni müğənni: “Bakı möhtəşəmdir” - FOTO

Aktual

29 İyul 2018, 21:00

“Jara” Beynəlxalq Musiqi Festivalının sonuncu gününün qonaqlarından biri də Rusiyanın əməkdar artisti Zara Mqoyan olub.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Zara açıqlamasında ilk dəfə olduğu Bakının gözəlliyinə heyran qaldığını bildirib:

“İlk dəfədir ki, Bakıda oluram. Bakı çox gözəldir və möhtəşəm şəhərdir. Bu festival dinindən, irqindən, millətindən asılı olmadan bütün insanları birləşdirir. Hər birinizə təşəkkür edirəm. Bakı çox qonaqpərvərdir. Bu festivalda insanlar hər şeyi unudur və xoşbəxt anlar yaşayır”.

Daha sonra səhnəyə çıxan Zara hər kəsi salamlayaraq festivalın təşkilatçısı, xalq artisti Emin Ağalarova təşəkkürünü bildirib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı