Modern.az

Dəniz kuboku-2018”in ikinci mərhələsi icra olundu 

Dəniz kuboku-2018”in ikinci mərhələsi icra olundu 

Aktual

3 Avqust 2018, 14:15

“Dəniz kuboku-2018” müsabiqəsinin ikinci mərhələsi icra olunub

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, “Dəniz kuboku-2018” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri “Gəminin davamlılığı uğrunda mübarizə” üzrə yarışda “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodunu yerinə yetiriblər.

Ekipajlar bu epizodda gəminin təhlükəsizliyinin təmin edilməsi, həmçinin gəminin xilas olunması üzrə bacarıq və vərdişlərini nümayiş etdiriblər.

Komandalar növbəti gün “Xilasetmə vasitələrinin istifadəsi” epizodunu yerinə yetirəcəklər.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı