“Beşiktaş”ın braziliyalı futbolçusu Adriyano haqqında İspaniyada vergidən yayınmağıyla bağlı cinayət işi açılıb.
Modern.az xəbər verir ki, ”La Vanqardiya”qəzetinin məlumatına əsasən, Adriano haqqında 2 ayrı cinayət işi açılıb və futbolçu üçün ümumilikdə, 3 il həbs cəzası ilə 1 milyon 746 min avro pul cəzası tələb olunub.
Nəzərinizə çatdıraq ki,məhkəmə 9 aprel də keçiriləcək.Məlumat üçün bildirək ki, əvvəllər İspaniyada Kriştiano Ronaldu, Lionel Messi və Xaviyer Maskeranoya da oxşar cəzalar verilmiş, bu futbolçular sonda milyonlarla avro pul ödəmişdilər.
Novruz NOVRUZLU