Modern.az

Daha bir dövlət qurumu imtahanı təxirə saldı

Daha bir dövlət qurumu imtahanı təxirə saldı

مورد توجه

3 Mart 2020, 11:48

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə imtahanlar təxirə salınıb.

 

Bu barədə qurumdan Modern.az-a verilən məlumatda deyilir.

 

Qeyd olunub ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) sıravi heyətlə bağlı Ehtiyat Kadr Bazasının formalaşdırılması üçün 04-05-06 mart tarixlərinə təyin olunmuş test imtahanları koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində ölkədə həyata keçirilən tədbirlərə uyğun olaraq qeyri-müəyyən müddətədək təxirə salınıb.

 

İmtahanlara dəvət olunmuş namizədlərin sözügedən qərarı nəzərə alması xahiş edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı