Polşada yeni tip koronavirusa (Covid-19) ilk yoluxma faktı aşkarlanıb.
Modern.az xəbər verir ki, bu barədə Polşanın Səhiyyə naziri Lukaş Şumovski açıqlama verib. Yüksək hərarət və öskürəyi müşahidə olunan şəxsin Almaniyadan gəldiyi bildirilir.
Şumovski Polşanın mümkün yoluxma hallarına qarşı öncədən hazırlıqlı olduğunu qeyd edib.