Modern.az

Prezidentin köməkçisi koronavirusa yoluxdu

Prezidentin köməkçisi koronavirusa yoluxdu

Aktual

4 Mart 2020, 18:15

İranın Birinci vitse-prezidenti İshaq Cahangiri koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

 

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhanı koronavirusun bütün ölkədə yayıldığını açıqlayıb. 

 

“İran bu epidemiyaya minimum ölü sayı ilə qısa zamanda qalib gələcək”, - deyə dövlət başçısı bildirib.

 

O, həmçinin epidemiya ilə mübarizədə yardımçı olan bütün ölkələrə təşəkkürünü bildirib.

 

“Onlar (ABŞ) mərhəmət maskası taxaraq “İran xalqına yardım edək”, - deyirlər. Əgər səmimisinizsə, ən azı dərmanlara qarşı sanksiyaları qaldırın”, - deyə prezident əlavə edib.

 

Qeyd edək ki, İranda koronavirus səbəbi ilə ölənlərin sayı 92-yə, yoluxanların sayı isə 2922-yə yüksəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı