Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisi 2021 yarışlarına start verilir.
Modern.az-ın məlumatına görə, Qran Pri 4-6 iyun tarixlərində keçiriləcək.
10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.
Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları – Luis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar.
Nadir xüsusiyyətlərə malik Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçısı UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcək.
Layihənin müəllifi bütün müasir Formula 1 treklərinin memarı olan Herman Tilkedir.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.
Bu gün Formula 1 və Formula 2 üzrə sərbəst yürüşlər təşkil olunacaq.
İyunun 5-də Formula 1 üzrə sərbəst və sıralama yürüşü, Formula 2 üzrə isə birinci yarış keçiriləcək.
Nəhayət, sonuncu gün – iyunun 6-da Formula 1 Azərbaycan Qran-Prisi, həmçinin Formula 2 üzrə ikinci yürüş baş tutacaq.