Modern.az

Formula 1 pilotu Bakıdakı yarışda cəzalandırıldı

Formula 1 pilotu Bakıdakı yarışda cəzalandırıldı

Актуально

6 İyun 2021, 21:21

Formula 1 Azərbaycan Qran-Prisini 16-cı pillədə başa vuran “Williams” komandasının pilotu Nikolas Latifi cəzalandırılıb.

 

Modern.az xəbər verir ki, yarışda Maks Ferstappen (“Red Bull Racing Honda”) qəza etdikdən sonra yürüşün direktoru Maykl Masi bütün idmançıların pit-leynə getməsi barədə göstəriş verib. Buna məhəl qoymayan N.Latifi trekdə olub və təxliyə edilən bolidin yanından keçib.

 

Məsələyə operativ qiymət verən yarışın stüardları pilota yürüşün nəticəsinə görə 10 saniyəlik “stop&go” və 3 cərimə xalı veriblər.

 

Qeyd edək ki, Nikolas Latifinin super lisenziyasına ilk dəfə cərimə xalı yazılacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı