Modern.az

Siracla Məhərrəmin son çəkilən FOTOsu

Siracla Məhərrəmin son çəkilən FOTOsu

Aktual

6 İyun 2021, 23:03

“Azərtac” Xəbər Agentliyinin fotoqrafı Rəşad Mehdiyev Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin özünün çəkdiyi son fotolarını paylaşıb.

 

Modern.az xəbər verir ki, fotoqraf şəklə “Hadisədən bir gün öncə təsadüfən çəkdiyim şəkil. Həmin Sirac, həmin Məhərrəm, həmin “KamAz”...” şərhini yazıb.

 

R.Mehdiyev son fotoları hadisədən bir gün öncə Kəlbəcərin kəndlərindən birində çəkdiyini bildirib.

 

 

Qeyd edək ki, iyunun 4-də saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (“Azərtac” xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı