Azərbaycanlı deputat türkiyəli həmkarına “Xarıbülbül” nişanı hədiyyə edib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin üzvü Gülender Açanal özünün Tvitter hesabında paylaşım edib.
Paylaşımda qeyd edilir:
“Xanım Məlahət İbrahimqızı tərəfindən Azərbaycanın sadəcə Şuşa şəhərində bitən Xarıbülbül çiçəyinə bənzəyən nişan mənə təqdim edildi. Hörmətli millət vəkilimizə bu dəyərli hədiyyə üçün təşəkkürümü bildirirəm”.
Aysel Məhərrəm