Modern.az

Bayden-Putin görüşünü 500-dən çox jurnalist işıqlandıracaq

Bayden-Putin görüşünü 500-dən çox jurnalist işıqlandıracaq

Aktual

8 İyun 2021, 22:17

ABŞ Prezidenti Cozef Baydenlə Rusiya lideri Vladimir Putinin İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüşünü işıqlandırmaq üçün 500-dən çox jurnalist qeydiyyatdan keçib.

 

Modern.az xəbər verir ki, bu barədə İsveçrənin BMT-nin mənzil-qərargahındakı nümayəndəliyindən bildirilib.

 

Məlumata görə, indiyədək 500-600 jurnalist akkreditasiya olunub, hazırda yeni müraciətlərə baxılır. KİV nümayəndələrinin qeydiyyatı iyunun 11-dək davam edəcək.

 

Xatırladaq ki, ABŞ və Rusiya liderlərinin görüşü iyunun 16-da Cenevrədə keçiriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı