Modern.az

Gənc heykəltəraş şəhid Xudayarın büstünü Muzeyə hədiyyə etdi

Gənc heykəltəraş şəhid Xudayarın büstünü Muzeyə hədiyyə etdi

مورد توجه

9 İyun 2021, 14:56

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının ikinci kurs magistr tələbəsi Jalə Əliyeva Vətən müharibəsində şəhid olmuş Xudayar Yusifzadənin büstünü hazırlayıb.

Jalə Əliyeva həmin büstü AMEA Milli Azərbaycan Tarixi Muzeyinə bağışlayıb.

Modern.az-ın məliumatına görə, muzeydə keçirilən görüşdə direktor, akademik Nailə Vəlixanlı, Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları iştirak ediblər. Nailə Vəlixanlı çox incə, zərif və şəhidimizə layiq bir sənət əsəri yaratdığına görə, eləcə də bu əsəri təmənnasız olaraq Muzeyə hədiyyə etdiyinə görə tələbəyə  təşəkkürünü bildirib.
Gənc heykəltəraş onun işinin yüksək qiymətləndirilməsindən, Muzeyin fonduna daxil edilməsindən qürur hissi keçirdiyini vurğulayaraq, başqa şəhidlərimizin büstləri üzərində çalışdığını bildirib. Muzey adından Jalə Əliyevaya təşəkkürnamə və xatirə hədiyyələri bağışlanıb.

Büst “Dastana dönmüş bir şəhid ömrü (Şəhid Xudayar Yusifzadə)” adı ilə Vətən müharibəsi fonduna daxil edilib.

Heykəltəraş Jalə Əliyevanın hazırladığı büst ilə hazırda Muzeydə davam edən “Anadır arzulara hər zaman Qarabağ” sərgisində tanış olmaq olar.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı