Qazaxıstanda hərbi hissənin anbarında baş vermiş partlayış bizi çox kədərləndirdi.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində bildirilib.
“Bu faciəvi hadisədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına şəfa diləyirik”, - deyə paylaşımda qeyd olunub.