"Sumqayıt" Futbol Akademiyasının aşağı yaş qrupları üzrə koordinatoru, Əməkdar məşqçi Sabir Əliyev vəfat edib.
Modern.az-ın məlumatına görə, bu barədə "Sumqayıt" futbol klubu məlumat yayıb.
Məlumata görə, o, uzun sürən xəstəlikdən sonra 73 yaşında dünyasını dəyişib.
Allah Rəhmət Eləsin!