Modern.az

Vətəndaşla kobud rəftar edən polis kapitanı işdən QOVULDU

Vətəndaşla kobud rəftar edən polis kapitanı işdən QOVULDU

Aktual

29 Dekabr 2021, 17:55

Vətəndaşa qarşı kobud rəftar edən polis kapitanı İlkin Süleymanov vəzifəsindən azad olunub.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməliyyat müvəkkili İlkin Süleymanov daxili işlər orqanlarından xaric edilib.

 

Qeyd edək ki, İ. Süleymanov bundan əvvəl Gəncə Beynəlxalq Hava Limanında Xətt Rayon Polis Şöbəsinin rəisi olub. O, bir neçə ay əvvəl Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə təyinat almışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı