Modern.az

Maşın maneəyə çırpıldı - Sürücü öldü

Maşın maneəyə çırpıldı - Sürücü öldü

Aktual

31 Dekabr 2021, 17:54

Paytaxtda sürücünün ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az DİN-in saytına istinadən xəbər verir ki, dekabrın 30-da saat 17 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Cəbrayıl rayon sakini Nazim Quliyev idarə etdiyi “QAZel” markalı avtomobili maneəyə vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı