Modern.az

Ermənistan bu il KTMT-yə sədrlik edəcək

Ermənistan bu il KTMT-yə sədrlik edəcək

مورد توجه

1 Yanvar 2022, 11:13

Ermənistan 2022-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik edəcək.

 

Modern.az xəbər verir ki, formal olaraq bu status təşkilatın 2021-ci ilin sentyabrında keçirilən son sessiyasında Tacikistandan Ermənistana verilib və bu ilin sonunda Belarusa keçəcək.

 

Təşkilatın üzvü olan ölkələr - Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan əlifba sırası ilə ona sədrlik edir. 

 

Baş katib üç il müddətinə təyin edilir, Daimi Şuranın rəhbəri isə rotasiya yolu ilə sədrlik edən ölkənin nümayəndəsi olur. İndi Ermənistanın KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsi Viktor Biyaqovdur, respublikanın baş naziri Nikol Paşinyan isə KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri vəzifəsinə keçib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı