Polşa ilin əvvəlində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyi İsveçdən qəbul edib.
Modern.az xəbər verir ki, yanvarın 1-dən respublika 57 ölkənin daxil olduğu bu beynəlxalq təşkilatda əlaqələndirici qismində çıxış edəcək.
Polşanın sədrliyinin tam proqramı yanvarda Vyanada təqdim olunacaq. Polşanın sədrliyi ATƏT-in bütün institutlarını, missiyalarını və bütün iştirakçı dövlətləri işə cəlb etməklə hərtərəfli və fəal fəaliyyət göstərmək niyyətindədir.