Modern.az

Azərbaycanda fəaliyyət göstərən dini qurumların SAYI

Azərbaycanda fəaliyyət göstərən dini qurumların SAYI

Aktual

5 Yanvar 2022, 13:22

Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günədək 971 dini qurum dövlət qeydiyyatına alınıb.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, konfessional baxımdan onlardan 934-ü İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

 

Eyni zamanda, 10 dini təhsil müəssisəsi (kollec) dövlət qeydiyyatından keçib.

 

Ölkə ərazisində 2253 məscid mövcuddur. Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.

 

Ölkədə ümumilikdə 748 pir və ziyarətgah müəyyən edilib.

 

İşğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. İşğaldan azad olunmuş ərazilərimizdəki 67 məsciddən (Şuşada 18, Ağdamda 5, Füzulidə 19, Zəngilanda 6, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 3, Kəlbəcərdə 2, Xocavənddə 1) 65-i tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı