Modern.az

“Azərbaycanda növbəti 5 il tarixi dövr olacaq” - Mikayıl Cabbarov

“Azərbaycanda növbəti 5 il tarixi dövr olacaq” - Mikayıl Cabbarov

Aktual

5 Yanvar 2022, 15:40

“Növbəti 5 ildə işğaldan azad edilmiş ərazilərin bərpası və ölkəyə reinteqrasiyasında tarixi bir dövr ola­caq”.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

 

Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən demək olar ki, yaxın gələcəkdə Azərbaycan regional müstəvidə öz lider mövqe­yini qoruyub saxlayacaq.

 

Nazir vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazın aparıcı iqtisadiyyatı olan ölkəsidir:

 

“Sürətli inkişafa, logistik imkanlara, biznes üçün əlverişli platformaya nail olmaq yolunda dayanmadan irəliləyir. Ölkəmizin artan sosial-iqtisadi gücü regionun ümumi inkişafı üçün də əlverişli zəmin ya­radır. İnnovativ islahatlar, iqtisadi idarəetmə modelinin dövrün tələb­lərinə uyğun yenilənməsi sayəsində artmaqda olan sosial-iqtisadi qüd­rət Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatları­na da müsbət təsir göstərən qlobal layihələrin təşəbbüskarı və təşkilat­çısı olmağa imkan yaradır.

 

Möhtərəm Prezident İlham Əliye­vin rəhbərliyi ilə həyata keçirilən ye­ni iqtisadi inkişaf strategiyasının real­laşması ölkə iqtisadiyyatının ümumi mənzərəsində və fəaliyyət mühitində böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiy­yət təməlləri üzərində formalaşacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı