Modern.az

Toqquşma zamanı avtobuslarda sərnişin olmayıb - RƏSMİ

Toqquşma zamanı avtobuslarda sərnişin olmayıb - RƏSMİ

Aktual

6 Yanvar 2022, 11:24

6 yanvar 22-ci ildə Suraxanı qəsəbəsi Zığ şosesində 104, 113 və 217 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, hadisə nəzarətə götürülərək müvafiq araşdırma aparılıb:

 

"Marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti göstərən "BUS TRANS" MMC", "Transkontrol" MMC və  "Azlənd Plaza" MMC-nin məsul şəxsləri Bakı Nəqliyyat Agentliyinə çağırılaraq izahatları alınıb". 

 

Qeyd olunub ki, hadisə nəqliyyat vasitələrinin reysə başlanma vaxtından əvvəl qeyd alındığından avtobuslarda sərnişin olmayıb. "Azlənd Plaza" MMC müvəqqəti istismarında olan 217 nömrəli marşrutun sürücüsü xəsarət alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı