Sabah, saat 11:00-da Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq qapı” aksiyası keçiriləcək.
“Azəriqaz” İB-dən Modern.az-a verilən məlumata görə, aksiya qurumun inzibati binasında olacaq.
Bütün media və QHT mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Tarif limitinin sıfırlanması və ümümi qaz təchizatı ilə bağlı suallar cavablandırılacaq. Vətəndaşlar da suallarına canlı yayım vasitəsilə cavab tapacaqlar. Hər bir media qurumu və QHT nümayəndəsi bu tədbirə dəvətlidir.