Modern.az

Türkiyədə 215 mindən çox əməliyyat...

Türkiyədə 215 mindən çox əməliyyat...

Aktual

9 Yanvar 2022, 17:00

Ötən il Türkiyədə narkotik maddələrin satışının və istifadəsinin qarşısının alınması istiqamətində 215 min 228 əməliyyat keçirilib.

 

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.

 


Qeyd olunub ki, bu əməliyyatlar nəticəsində 293 min 905 nəfər saxlanılıb. Onlardan 26 min 128-i barəsində həbs tədbiri seçilib.

 

 


İl ərzində Türkiyə ərazisində müsadirə edilən narkotik vasitələrin miqdarı əvvəlki ilə nisbətən 98 faizədək artıb. Ölkədə narkotik vasitələrin istehsalı, satışı və istifadəsinin qarşısının alınması məqsədilə bu işlə məşğul olanların istifadə etdikləri 72 min 192 tərk edilmiş bina sökülüb.

 


Keçən ilin 11 ayında Türkiyədə narkotiklərdən ölüm halları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz azalaraq 175-dən 160-a düşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı