Modern.az

ABŞ-da ermənilərdən Azərbaycana qarşı TƏXRİBAT

ABŞ-da ermənilərdən Azərbaycana qarşı TƏXRİBAT

Aktual

11 Yanvar 2022, 22:51

ABŞ-da ermənilər Azərbaycana qarşı təxribat törədiblər.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev sosial şəbəkə hesabında məlumat verib.

 

“Ötən gecə erməni radikalları erməni terrorçu Qurgen Yanikyanın fotosunu konsulluğun binası qarşısından asıblar.

 

Yanikyan 1973-cü ildə Kaliforniyada türk diplomatlarını qətlə yetirib. Los-Ancelesdə erməni terrorizminin tarixini nəzərə alaraq, Los-Ancelesin Federal Təhqiqat Bürosunu və Los-Anceles polisini bu məsələni araşdırmağa çağırırıq”, - baş konsul bildirib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı