Modern.az

Şəhid anasının səs yazısı ilə bağlı İcra Hakimiyyətindən açıqlama

Şəhid anasının səs yazısı ilə bağlı İcra Hakimiyyətindən açıqlama

Aktual

13 Yanvar 2022, 10:23

Sosial şəbəkələrdə Füzuli rayonundan olan Vətən müharibəsi şəhidi İlham Abbasovun anası Qönçə Abbasovanın səs yazısı yayılıb.

Həmin səs yazısında sosial problemlərinin olduğunu deyən ana işə düzəlmək üçün Füzuli Rayon İcra Hakimiyyətinə müraciət etdiyini, oğlunun icra başçısı tərəfindən təhqir edildiyini iddia edib: “Bir ildən çoxdur oğlumu itirmişəm. Ailəmizdə işləyən bir oğlum idi. 7 nəfərlik ailə ancaq şəhidə görə verilən pulla dolanır. İcra başçısının yanına gedirəm, məni təhqir edir, deyir pandemiyadır, yaxın gəlmə. İcra başçısı Alı müəllim oğlumun arxasınca təpik atıb, stul atıb. Uşağımı işə götürmürlər, deyirlər iş yoxdur”. 


Məsələ ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, yayılan səs yazısındakı ifadələr həqiqətə uyğun deyil:
 

“Bildiririk ki, sosial şəbəkələrdə yayılan  səs Vətən müharibəsi şəhidi Abasov İlham Əli oğlunun anası Abbasova Qönçə Şiraslan qızına aiddir. Səs yazısında səsləndirdiyi  “İcra başçısı şəhidin qardaşına təpik atdı, şəhid anasını təhqir elədi” kimi ifadələr tamamilə həqiqətə uyğun deyil. Həmçinin onuda qeyd edim ki, Füzuli RİH başçısı məlum səbəbdən rayonda yoxdur. Şəhidin aliə üzüvlərini RİH başçısının müavinləri  Vüqar Teymurov və Gülbahar Eyvazova qəbul edib”.



İcra Hakimiyyəti bildirib ki, Şəhid anası Abbasova Qönçə Şiraslan qızı Füzuli rayonu Yuxarı Dilağarda kəndində daimi qeydiyyatdadır:

“Hal-hazırda Füzuli rayonu 3 saylı Qayıdış qəsəbəsi, ev 114-də yaşayır. Şəhid ailəsi kimi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülüb və müvafiq sənədlər aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. 11000 manat birdəfəlik sığorta ödənişi, 3000 manat dəfn xərci, Heydər Əliyev Fondu tərəfindən 10000 manat, “YAŞAT” Fondu tərəfindən isə 5842 manat maddi yardım olunub. Şəhidin doğum günü televiziya kanallarında işıqlandırılıb. RİH tərəfindən müxtəlif vaxtlarda bayram sovqatları və ərzaq bağlamaları ailəyə təqdim edilib. Füzuli rayon “Qayıdış” 3 nömrəli tam orta məktəbdə siniflərdən birinə Şəhid Abbasov İlham Əli oğlunun  adı verilib. Bu münasibətlə keçirilən tədbirdə RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Misirli Hafiz  və şəhidin yuxarıda adı çəkilən ailə üzvləri iştirak edib. Şəhidin qardaşı Abbasov Xaliq Əli oğlu Yuxarı Dilağarda kəndində daimi qeydiyyatdadır və hal-hazırda Füzuli rayonu 3 saylı Qayıdış qəsəbəsi, ev 114-də yaşayır. Xaliq Abbasovun heç bir ali və orta ixtisas təhsili yoxdur. Xaliq Abbasova 15.12.2020-ci ildə 17 Saylı Ərazi Məşğulluq mərkəzi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində 2 baş iribuynuzlu heyvan və 400 kq yem verilib. Əlavə olaraq DOST iş mərkəzində işlə təmin olunmaq üçün sənədləri göndərilib, lakin özünüməşğulluq proqramı çərçivəsində iribuynuzlu heyvanla təmin olunduğu üçün imtina gəlib. Bundan əlavə, ona Füzuli Aqroparkda və Qaçqınların və Məcburi Köçkünlərin Mənzil İstismar Departamentinin Füzuli rayon şöbəsində iş təklif olunub, lakin imtina edib. Respublikamızın hər bir bölgəsində olduğu kimi, Füzuli rayonunda da Şəhid ailələri, Qazilər və müharibə iştirakiçıları daim diqqət məkəzindədir. Rayon rəhbərliyi tərəfindən və onun tapşırıqlarına əsasən onlar mütamadi olaraq ziyarət edilir,  problemləri dinlənilir və  həlli istiqamətində müvafiq işlər görülür”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı