Modern.az

Azərbaycanlı qadın interpolun axtarışına verildi

Azərbaycanlı qadın interpolun axtarışına verildi

Aktual

17 Yanvar 2022, 16:20

Azərbaycanın hüquq-mühafizə orqanları insan alverində təqsirləndirilən qadını beynəlxalq axtarışa verib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.

 

Bildirilib ki, 35 yaşlı Ruhəngiz Orucova insan alverində təqsirləndirilir.

 

Onun saxlanılması üçün “qırmızı bülleten”lə İnterpola müraciət edilib.

 

Azərbaycan məhkəmələri tərəfindən R. Orucova təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı