Modern.az

Falçıya 1700 manat verdi - HƏDƏLƏNDİ

Falçıya 1700 manat verdi - HƏDƏLƏNDİ

Aktual

18 Yanvar 2022, 10:41

Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın 2021-ci il sentyabrın 19-da bir nəfərin (baxıcı) onu aldadıb hesabına 1700 manat pul ödətdirməsini, sonradan pulunu geri istədikdə ailə şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib puldan imtina etməyi tələb etməsini bildirib.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən paytaxt sakini L.Məmmədova müəyyən edilərək saxlanılıb.  

 

Rəsmi məlumata görə, Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı