Rusiya Tacikistandakı hərbi bazasında hərbi təlimlərə başlayıb.
Modern.az xəbər verir ki, təlimlər Rusiyanın 201-ci hərbi bazasının Lyaur və Sambuli dağlıq piloqonlarında 1000 hərbçinin iştirakı ilə keçirilir.
Qeyd edək ki, həmin hərbi baza Rusiyanın xaricdəki ən böyük hərbi obyektidir, Düşənbə və Boxtar şəhərlərində yerləşir.