Modern.az

Rusiya vətəndaşlarını Suriyadan çıxarmağa başladı

Rusiya vətəndaşlarını Suriyadan çıxarmağa başladı

Актуально

26 Dekabr 2012, 17:33

Rusiya Suriyadakı vətəndaşları evakuasiya etmək üçün öz donanmasına aid gəmiləri bölgəyə göndərir. Modern.az-ın məlumatına görə, Rusiya xarici işlər nazirinin səlahiyyətlisi Aleksandr Lukaşeviç bu haqda açıqlama verib. O bildirib ki, Rusiyanın Suriyadakı vətəndaşlarını evakuasiya etmək planı var. Bununla bağlı Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər qurumlarla birgə işlər aparılır.

Novorossiysk limanından hərəkətə keçən "Azov" və "Nikolay Filçenkov" gəmiləri dekabrın 26-27-də İstanbul və Çanaqqala boğazlarından keçəcəklər. Egey dənizində onları gözləyən rus donanmasında aid “Moskva” müharibə gəmisi və “Smetlivıy” mühafizə gəmisi ilə birgə 28 dekabrda Suriyanın Tartus limanına irəliləyəcəklər

Nazirliyin rəsmisi bildirib ki, təxminən təhlükədə olan 30 min vətəndaşı Suriyadan bir neçə günə çıxaracaqlar.

Sevinc

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı