Türkiyədə havanın temperaturu kəskin şəkildə aşağı düşüb. Hazırda bir çox bölgələrdə güclü qar yağır.
Modern.az xəbər verir ki, qar səbəbindən ölkənin 52 vilayətində məktəblər bağlanıb. Bundan əlavə, bəzi avtomagistrallarda hərəkət dayandırılıb.
Türkiyə mediasının yaydığı məlumata görə, Tarsus-Adana-Qaziantəp magistralında iki min insan yollarda qalıb.
Belə ki, güclü qarın davam etməsi və yolların buz bağlaması nəticəsində ölkə üzrə nəqliyyatın hərəkətində böyük çətinliklər yaradıb.