Modern.az

Qaz sayğacını satmaq istəyənlər saxlanıldı - FOTO

Qaz sayğacını satmaq istəyənlər saxlanıldı - FOTO

Aktual

19 Yanvar 2022, 15:58

Yanvarın 18-də Tap.az saytında “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz sayğacı satışa çıxarılıb.

 

“Azəriqaz”dan Modern.az-a verilən məlumata görə, məsələdən xəbərdar olan Birlik rəhbərliyinin müraciətinə adekvat olaraq, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları dərhal hərəkətə keçib. Araşdırma nəticəsində məlum olub ki, sayğacı satışa çıxaran şəxs Nərmin adlı bir xanımdır. Əməliyyat nəticəsində saxlanılan xanım “alverçi” sorğu-sual edilir.

 

“Azəriqaz” İB olaraq vətəndaşlardan xahiş edir, bu kimi hallardan çəkinsinlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı