Modern.az

Qaçırdığı avtomobili hissələrə bölüb satmaq istədi - FOTO

Qaçırdığı avtomobili hissələrə bölüb satmaq istədi - FOTO

Aktual

20 Yanvar 2022, 10:12

Ağdaşda qaçırdığı avtomobili hissələrə bölərək satmaq istəyən şəxs saxlanılıb. DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Ağdaş şəhər sakini ona məxsus “VAZ-2106” markalı avtomobilin yaşadığı evin qarşısından naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, müraciətlə əlaqədar Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Məhəmməd Abbasov saxlanılıb. O,ifadəsində qaçırdığı nəqliyyat vasitəsini yaşadığı Mingəçevir şəhərində apardığını və orada ehtiyyat hissələrini söküb, satmaq məqsədilə saxladığını bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Qaçırdığı avtomobili hissələrə bölüb satmaq istədi- FOTO

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı