Modern.az

Rusiya XİN-dən Əliyevin Ukraynaya səfərinə MÜNASİBƏT

Rusiya XİN-dən Əliyevin Ukraynaya səfərinə MÜNASİBƏT

Aktual

20 Yanvar 2022, 15:11

“Ukrayna və Azərbaycan daxil olmaqla, ikitərəfli əlaqələrin qurulması iki ölkənin suveren hüququdur”.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfəri ilə bağlı açıqlamasında deyib.  

 

“Əlaqələrin və təmasların üçüncü ölkələrə qarşı yönəlməməsi vacibdir. Biz həm də başqa ölkələrlə əlaqələrimizi qurmaqda bu prinsipial mövqedən çıxış edirik. İlham Əliyevin Kiyevə səfəri yanvarın 18-də Rusiya və Azərbaycan liderləri arasında Bakının təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı müzakirə olunub”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı