Modern.az

“Whatsapp”dan çoxdan gözlənilən yenilik - FOTO

“Whatsapp”dan çoxdan gözlənilən yenilik - FOTO

Aktual

20 Yanvar 2022, 15:16

“Whatsapp” çoxdan gözlənilən funksiyanı işə salır. 

 

Modern.az xəbər verir ki, artıq səsli mesajların yazılması zamanı fasilə etmək mümkün olacaq. Belə ki, tezliklə messencerin çat interfeysində səsli mesajların yazılması zamanı “fasilə” və “davam” düyməsi görünəcək.

 

İstifadəçilər səsi həmsöhbətə göndərməzdən əvvəl həm onu dinləyə, həm də silə biləcəklər.

 

 

Hazırda “iOS”da beta versiyası üçün əlçatan olan yenilik tezliklə “Android” üçün sınaq versiyalarında görünəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı