Pakistan ordusunun 10 hərbçisi ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində törədilən terror aktı nəticəsində həlak olub.
Modern.az xəbər verir ki, bu barədə “Dawn” nəşri məlumat yayıb.
Terrorçular Keç ərazisində nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Gərgin atışma zamanı 10 əsgər həlak olub, bir terrorçu öldürülüb.
Qeyd edək ki, 2021-ci ilin sonundan etibarən Bəlucistanda vəziyyət gərgin olaraq qalır. Terrorçuların hücumları Çinin “Bir kəmər-bir yol” qlobal layihəsinin əsas obyektlərindən biri hesab edilən Bəlucistanda yerləşən Qvadar dəniz limanının, eləcə də Pakistanda tikilən digər iqtisadi obyektlərin təhlükəsizliyinə təhdid yaradır.