Rusiya Daxili İşlər Nazirliyi "Nə? Harada? Nə vaxt?" intellektual oyununun azərbaycanlı iştirakçısı Rövşən Əsgərovu cinayət işi ilə bağlı axtarışa verib.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin məlumat bazasında qeyd olunub.
Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi aprelin 27-də R.Əsgərov barəsində nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açıb. İddialara əsasən, R.Əsgərov öz "Facebook" səhifəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar yayıb.